Ermənistanda fövqəladə vəziyyət elan olundu

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanda fövqəladə vəziyyət elan olundu

Rəsmi

16 Mart 2020 20:51 790


Ermənistan hökuməti növbədənkənar iclası zamanı koronavirus səbəbindən ölkədə fövqəladə vəziyyət elan edib.

"Yeni Sabah" xəbər verir ki, bu gündən başlayan fövqəladə vəziyyət aprelin 14-dək davam edəcək.

Fövqəladə vəziyyət çərçivəsində xarici vətəndaşların Ermənistana gəlişinə qadağa qoyulacaq. Məhdudiyyət yalnız beynəlxalq təşkilatların nümayəndələri və ailə üzvlərinə tətbiq olunmayacaq. Dominos pizza

Bundan başqa ölkədə bütün təhsil müəssisələri bağlanacaq, kütləvi tədbirlər, xəstəxana və həbsxana ziyarətləri, dini mərasimlər, mitinq və nümayişlər qadağandır. Hərbçilərin məzuniyyətə buraxılışı da təxirə salınıb.

Qeyd edək ki, Ermənistanda 30 nəfərdə koronavirus aşkarlanıb, 1 nəfər isə sağalıb. /Qafqazinfo


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!