Ermənistanda futbol azarkeşləri polislə dava etdi

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanda futbol azarkeşləri polislə dava etdi

Dünya

01 Mart 2025 21:53 355


Ermənistanın Çarentsavan şəhərində futbol matçı zamanı azarkeşlərlə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında əlbəyaxa dava olub.

“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan məlumat yayıb.

"Futbol meydançasında insident baş verib, lakin polis əməkdaşları hadisənin sonrakı inkişafının qarşısını ala biliblər. Beş nəfər izahat vermək üçün Çarentsavan polis şöbəsinə dəvət edilib", - Sarkisyan bildirib. Dördpendirli pizza

Hadisə ilə bağlı saxlanılan olmayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!