“Həbsxanalarda hakimiyyətə qarşı narazılıq artır. Saxlanılanların çoxu müstəqilliyin 30-cu ildönümündə amnistiya gözləyirdi. Ənənəyə görə bu günlərdə, xüsusən də yubiley illərində bir çox məhkumlar bu amnistiyalardan faydalanırdılar, amma bu il belə olmadı”.
Yenisabah.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazıb.
Nəşrdə qeyd olunur: “Son dövlər vəziyyət dəyişib. Müharibədən sonra saxlanılanların əksəriyyəti Nikol Paşinyana və indiki hakimiyyətə qarşı olan kəslərdir. Buna görə də erməni cəmiyyəti daxil olmaqla, həbsxanalarda da Paşinyan hakimiyyətinə qarşı etirazlar günü-gündəna artmaqda davam edir”. Marqarita pizza
Telegram kanalımız