Ermənistanda hakimiyyət böhranı   – Paşinyan müavinini “vurmağa“ hazırlaşır

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanda hakimiyyət böhranı – Paşinyan müavinini “vurmağa“ hazırlaşır

Dünya

11 İyun 2020 12:53 1100


Ermənistanda hakimiyyətdaxili intriqa getdikcə güclənir. 

Yenisabah.az xəbər verir ki, baş nazir Paşinyanın növbəti hədəfi müavini Tiqran Avinyandır. Paşinyan baş nazirin müavinini istefaya göndərməyə hazırlaşır.

Müşahidəçilər iddia edirlər ki, Paşinyanın Avinyanı istefaya göndərmək fikri qətidir. O, bu qərarını koronavirusa yoluxma tempinin azaldığı iyun ayının axırlarında açıqlamağı planlaşdırır. Onun məqsədi mövcud problemləri Avinyanın ayağına yazmaqla əhalinin artan narazılığını azaltmaqdır. Dominos pizza

Ermənistan KİV-lərinin iddiasına görə, Baş nazirin yeni müavini postuna təhsil naziri Araik Arutunyanın gətirilməsi gözlənilir.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!