Ermənistanda həbslər davam edir: “Tonoyan işi“nə görə 2 zabit tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanda həbslər davam edir: “Tonoyan işi“nə görə 2 zabit tutuldu

Rəsmi

03 Noyabr 2021 12:01 764


David Tonoyanın cinayət işi üzrə Milli Təhlükəsizlik Xidməti, Ermənistan Müdafiə Nazirliyinin Aviasiya Departamentinin Aviasiya Texniki Xidmətinin rəisi Artyom Hambaryanı və Aviasiya İdarəsinin baş mühəndisi Vladimir Babayanı həbs edib.

Yenisabah.az xəbər verir ki, bu barədə “Yerkir” məlumat yayıb.

İki yüksək rütbəli zabitin açılmış cinayət işində ifadə verdikləri bildirilir. Ermənistan MN tərəfindən adıçəkilən iki şəxsin həbsinin səbəbləri ilə bağlı ictimaiyyətə heç bir məlumat verilməyib. Sezar pizza

Xatırladaq ki, sabiq Müdafiə naziri David Tonoyana, “Patron Davo” ləqəbi David Qalstyanla əlbir olaraq texniki baxımdan yararsız silahların alveri, həmçinin çirkli pulların yuyulması barəsində cinayət işi açılıb. Sabiq Müdafiə naziri ittihamları qəbul etmir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!