Ermənistanda hərbi çevriliş -   Silahlı Qüvvələrin Baş Qərargahı Paşinyanı istefaya çağırdı

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanda hərbi çevriliş - Silahlı Qüvvələrin Baş Qərargahı Paşinyanı istefaya çağırdı

Hadisə

25 Fevral 2021 12:32 970


Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı ölkənin baş naziri Nikol Paşinyanı istefaya çağırıb.

Yenisabah.az xəbər verir ki, bu barədə erməni KİV-i məlumat yayıb.

Qeyd olunub ki, Baş Qərargah N.Paşinyanın istefasını tələb edən bəyanat verib. Sənədi Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-polkovnik Onik Qasparyan və 40-dan çox yüksək rütbəli hərbçilər imzalayıb. Onlar arasında 19 general və ordu korpuslarının komandanları da var. pizza hut

Silahlı Qüvvələrin Baş Qərargahı qurum rəisinin birinci müavininin vəzifədən azad olunmasına kəskin etirazını bildirib. Baş Qərargah ölkənin baş nazirinin bu qərarını dövlətə qarşı məsuliyyətsiz addım adlandırıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!