Ermənistanda hərbi prokuror və iki müavini işdən qovuldu

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanda hərbi prokuror və iki müavini işdən qovuldu

Rəsmi

20 Sentyabr 2022 16:02 1100


Ermənistanın yeni baş prokuroru Anna Vardapetyan hərbi prokuroru və onun iki müavinini işdən çıxarıb.

Yenisabah.az xəbər verir ki, məlumatı “Sputnik Ermənistan” yayıb.

Yeni baş prokuror işə başlayandan bir gün sonra baş prokurorun müavini, hərbi prokuror Vahe Arutyunyanın vəzifəsindən azad edilməsi haqqında fərman imzalayıb. pizza sifarişi

Həmin gün hərbi prokurorun müavini Arsen Sardaryan da vəzifədən azad edilib.

Sentyabrın 19-da hərbi prokurorun digər müavini Sevak Hovhannisyan tutduğu vəzifədən çıxarılıb.

Maraqlıdır ki, Hovhannisyan bu vəzifəyə cəmi 3 gün əvvəl - sentyabrın 16-da təyin edilmişdi.

Anna Vardapetyan bundan əvvəl Ermənistan ədliyyə nazirinin müavini işləyib. 2020-ci ilin mart ayından Baş nazirin köməkçisi vəzifəsində çalışıb.

Vardapetyan bu il sentyabrın 15-də Ermənistan Respublikasının yeni baş prokuroru kimi  işə başlayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!