Ermənistanda hərbi vəziyyət ləğv olunur

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanda hərbi vəziyyət ləğv olunur

Rəsmi

23 Mart 2021 14:22 706


Ermənistan parlamentindəki ən böyük blok - “Mənim addımım” martın 24-də iclasda ölkədəki hərbi vəziyyətin ləğvinə səs verəcək.

Yenisabah.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Ararat Mirzoyan bildirib.

“Düşünürəm ki, ölkədə hərbi vəziyyətin aradan qaldırılması üçün çərşənbə günü səhər səs verə bilərik. Xüsusilə növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı siyasi razılaşmanın olduğunu və seçkilərin hərbi vəziyyət dövründə baş tuta bilməyəcəyini nəzərə alaraq, biz xoş niyyət göstərə bilərik”, - deyə A. Mirzoyan qeyd edib. pizza

Xatırladaq ki, ötən ilin sentyabrında Dağlıq Qarabağda hərbi əməliyyatlar başladıqdan sonra Ermənistanda hərbi vəziyyət elan olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!