Ermənistanda iki deputatın toxunulmazlığı ləğv edildi

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanda iki deputatın toxunulmazlığı ləğv edildi

Siyasət

27 Mart 2025 19:53 366


Ermənistan parlamentinin hakim “Mülkü müqavilə” fraksiyasından xaric edilmiş deputat Ovik Ağazaryan və müxalif “Namusum var” fraksiyasından olan deputat Taron Marqaryanın toxunulmazlıqları ləğv edilib. 

Globalinfo.az xəbər verir ki, parlamentin hakim fraksiyası Ermənistanın Baş Prokuroru Anna Vardapetyanın vəsatətini təmin etməklə razılaşıb.

Ağazaryanla bağlı səsvermədə 67 nəfər iştirak edib, 65 deputat lehinə, 2 nəfər isə əleyhinə səs verib. Marqaryanda isə bütün deputatlar toxunulmazlığın ləğvinin lehinə səs veriblər. Toyuqlu pizza

Qeyd edək ki, hər iki deputatla bağlı cinayət işi açılıb. Ovik Ağazaryan rüşvətxorluqda, Taron Marqaryan isə çirkli pulların yuyulmasında ittiham olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!