Ermənistanda iqtidar dəyişəcək – Müxalif nəşrin iddiası

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanda iqtidar dəyişəcək – Müxalif nəşrin iddiası

Rəsmi

10 İyun 2021 11:46 804


“Növbədənkənar seçkilər Ermənistanda hakimiyyət dəyişikliyinə səbəb olacaq”.

Yenisabah.az xəbər verir ki, bunu "Past” qəzeti yazıb.

Ermənistan nəşri mövzunu inkişaf etdirərək qeyd edir: “Son zamanlar, beynəlxalq təşkilatlar da daxil olmaqla, hakim qüvvələrin reytinqinin daim azaldığını göstərən müxtəlif rəy sorğuları vaxtaşırı yayımlanır. Bu fonda həqiqi müxalifət qüvvələrinin reytinqi fəal şəkildə artır. pizza mizza

Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanı narahat edən yeganə amil bu deyil. Fakt budur ki, 2-3 siyasi qüvvə - Paşinyanın peykləri - bütün qüvvələr arasında ən aşağı reytinqə sahibdir. Gələcəkdə parlamentdə onlarla koalisiya qurmaq üçün seçkiyə qatılıblar. Paşinyan özü siyasi gücünün çoxalması naminə lazımi səsləri ala bilməyəcəyini bilir və parlamentdə üstünlükə əldə edə bilməsi üçün yedək qüvvələrə ehtiyac duyur.

Səylərə baxmayaraq, bütün sorğu anketləri bu “vahidlərin” 1%-ə yaxınlaşma ehtimalının belə olmadığını göstərir. Nəticədə, parlamentə “Vətəndaş Müqaviləsi” partiyası ilə koalisiya qurmayacaqlarını artıq elan etmiş qüvvələr daxil olacaq. Bu, hakimiyyət dəyişikliyi deməkdir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!