Ermənistanda İran yanacağının qeyri-qanuni satışı halları aşkarlandı

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanda İran yanacağının qeyri-qanuni satışı halları aşkarlandı

Rəsmi

10 Avqust 2022 14:05 1049


İrandan Ermənistana külli miqdarda benzin və dizel yanacağı idxal edən bəzi şirkətlər əvvəlcədən vergidən yayınma mexanizmlərini hazırlayıb və tətbiq etməyə çalışıblar.

Yenisabah.az "Armenia News"a istinadla xəbər verir ki, bu barədə Ermənistan Dövlət Gəlirləri Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Xüsusilə, İran yük maşınlarının sürücüləri çənlərə nəzərdə tutulandan bir neçə dəfə artıq dizel yanacağı doldurub, müvafiq sənədləri olmadan onu Ermənistanın Sünik rayonunda fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrinə satıblar. Yanacaqdoldurma məntəqələri isə müvafiq yanacaq partiyalarını toplayaraq onları qanunsuz olaraq Ermənistana yanacaq idxalı ilə məşğul olan iri təşkilatlarına satıblar. Dördpendirli pizza

Bundan başqa, bəzi idxalçılar yanacağı Ermənistanda təkrarən satırlar, halbuki sənədlərə görə, o, Qarabağda fəaliyyət göstərən firmalara satılmalı idi.

Qanun pozuntularına yol vermiş sahibkarlıq subyektləri məsuliyyətə cəlb olunacaqlar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!