Ermənistanda işsizlik tarixi maksimuma çatacaq

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanda işsizlik tarixi maksimuma çatacaq

Dünya

17 Dekabr 2020 11:45 528


Beynəlxalq Valyuta Fondu (BVF) bu il Dağlıq Qarabağ münaqişəsi və COVID-19 pandemiyası fonunda Ermənistanda ÜDM-in 7,3% azalacağını proqnozlaşdırır.

Yenisabah.az xəbər verir ki, 2019-cu ildə Ermənistanda ÜDM istehsalı 13,673 mlrd. ABŞ dolları təşkil edib və bu il sözügedən göstəricinin 1 mlrd. dollardan çox azalaraq 12,663 mlrd. dollara enməsi gözlənilir.

İşsizliyə gəldikdə, bu il Ermənistanda bu göstəricinin 24,1% səviyyəsində olacağı gözlənilir ki, bu da tarixi rekord sayıla bilər. Ötən il sözügedən göstərici 18,9%-ə bərabər idi. pizza mizza

BVF-nin məlumatına görə, Ermənistanın məcmu beynəlxalq ehtiyatları 21% azalaraq bu il 2,251 mlrd. dollara enəcək, ölkəyə birbaşa xalis xarici investisiyaların həcmi isə 2 dəfədən çox azalaraq cəmi 178 mln. dollara təşkil edəcək. Fondun proqnozlarına görə, bu il ölkənin ixracı 33,5%, idxalı isə 28,1% azalacaq. (APA)

Qeyd edək ki, hazırda Ermənistanın Fonddan maliyyə yardımı şəklində qəbul etdiyi vəsaitlərin həcmi 332 mln. dollar təşkil edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!