Ermənistanda istefalar: Nikol Paşinyan seçki “fokus”u göstərməyə hazırlaşır?

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanda istefalar: Nikol Paşinyan seçki “fokus”u göstərməyə hazırlaşır?

Siyasət

19 Noyabr 2024 13:39 841


“Ola bilsin ki, silsilə istefalar hansısa fikir ayrılığına və yaxud işdəki nöqsanlara görədir”.

Bunu “Yeni Sabah”a açıqlamasında politoloq Tofiq Zülfüqarov bildirib.

Ermənistan hökumətindda ardıcıl istefalar növzusuna toxunan Azərbaycanın keçmiş xarici işləri fikrinin davamında qeyd edib: pizza sifarişi

“Ancaq qeyd etmək lazımdır ki, istefa verənlərin əksəriyyəti güc strukturlarının nazirləridir. Düşünürəm ki, bu, yayda baş verən hadisələrdə onlar müxalifətə qarşı lazımi peşəkarlığı nümayiş etdirməsindən irəli gəlir. Hər halda hələlik uzunmüddətli proqnozları vermək tezdir. Çünki parlament seçkiləri elan olunmayıb və fikirlər tam bəlli deyil. 

Paşinyanın nüfuzuna gəlincə, əslində, elə məhz yay hadisələri onu göstərdi ki, o, inzibati resurslardan çox geniş istifadə edir”. 

Politoloq qeyd edib ki, Ermənisatanın baş naziri əhali arasında nüfuz qazandığına görə yox, bəzi güc mərkəzlərinin sifarişini yerinə yetirdiyi üçün hakimiyyətdə qala bilir:

“Digər tərəfdən, Paşinyanın siyasi komandasında müxtəlif siyasi mərkəzlərə xidmət edən insanlar var. Bunların arasında həm Rusiya, həm də Qərb ölkələrinin adını qeyd etmək olar. Bu baxımdan hesab edirəm ki, Ermənistanda hakimiyyət üçün seçkilər o qədər də önəmli rol oynamayacaq. Yəni hər şey bundan asılı olacaq ki, inzibati resursları hansı qüvvələr öz xeyrinə istifadə edəcək. 

Bəllidir ki, Nikol Paşinyan hakimiyyətdən getmək niyyətində deyil. Onun hakimiyyətdə qalması, ilk növbədə erməni əhalisi arasındakı nüfuzundan yox, daha çox güc mərkəzlərinin sifarişlərini yerinə yetirdiyi üçün təmin olunur. Çünki İrəvan hazırda Rusiyadan uzaqlaşmaq, Qərbə yaxınlaşmaq siyasəti yürüdür”.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!