Ermənistan Milli Assambleyası iyunun 9-da saat 11:00-da növbədənkənar iclas keçirəcək.
Yenisabah.az "Armenpress"ə istinadla xəbər verir ki, bu barədə Ermənistan MM məlumat yayıb.
İclas Ermənistan hökumətinin təşəbbüsü ilə çağırılacaq. Pepperoni pizza
Gündəliyə 14 məsələ, o cümlədən “Ermənistan Respublikasının inzibati ərazi bölgüsü haqqında” qanuna dəyişikliklər edilməsi barədə qanun layihələri paketi, “Sosial yardım haqqında” qanuna dəyişikliklər, Ermənistan Respublikasının Torpaq Məcəlləsinə dəyişikliklər və digər qanun layihələri daxildir. .
Telegram kanalımız