Ermənistanın yüksək texnologiyalar sənayesi naziri Akop Arşakyan kafedə baş vermiş insident zamanı jurnalistə əl qaldırdıqdan sonra istefa verib.
“Yeni Sabah” xəbər verir ki, hadisə martın 19-da baş verib, nazir istefa ərizəsini martın 31-də yazıb. İnsident zamanı Arşakyan jurnalistin kompüterini masanın üstündən yerə itələyib.
Bu haqda nazir sosial şəbəkədə yazıb: “Ermənistan Respublikasının vətəndaşı kimi vəzifəli şəxs tərəfindən başqa bir vətəndaşa qarşı zorakılığın tətbiq olunmasını yolverilməz hesab edirəm. Biz zorakılıqsız cəmiyyət formalaşdırmaq yolunda hərəkət etməliyik
Mən öz istefamla istər psixoloji, istərsə də fiziki zorakılığı qəbul etmədiyimi ifadə edirəm. Ümid edirəm ki, baş vermiş hadisə cəmiyyətimiz üçün dərs olacaq və biz hər bir kəsin şəxsi və ailə həyatının toxulmazlıq hüququnu bir az daha artıq sevəcək və hörmət edəcəyik”. Dominos pizza
Xəbərdə deyilir ki, hadisə kafedə baş verib. Jurnalist nahar edən nazirə yaxınlaşıb və ondan iş vaxtı niyə işləmədiyini soruşub. Nazir deyib ki, o həmişə işləyir. Jurnalist deyib ki, məmurların müəyyən edilmiş iş saatları var. Jurnalist bunları deyəndən sonra kafenin ikinci mərtəbəsinə qalxıb. Az sonra Arşakyan onun arxasınca gəlib. Masa arxasında oturan jurnalistə yumruq atıb.
Telegram kanalımız