Nikol Paşinyan komandası Ermənistan mediasını öz təsirinə salmaq üçün bütün vasitələrdən istifadə edir.
Ermənistanda fəaliyyət göstərən Məlumat Azadlığı Mərkəzinin rəhbəri Şuşan Doydoyan bəyanat yayaraq bildirib ki, ölkə parlamentində media işçiləri üçün akreditasiya şərtləri dəyişdirilir və qeyri-demokratik vəziyyətə salınır. Yeni şərtlər müstəqil fikirli jurnalistlərin ölkə parlamentində fəaliyyətini imkansız edir. Yeni qərar təhlükəsiszlik amilləri ilə əlaqələndirilir və əsassız xarakter daşıyır. Hansı təhlükəsizlikdən söhbət gedir?
Əslində Ermənistan hakimiyyəti ilə ölkə KİV-ləri arasında yaranmış indiki gərginliyin səbəbi parlamentində 24-25 avqust tarixlərində baş vermiş insidentdir. Həmin vaxt parlamentdə olan jurnalistlər deputatların əlbəyaxa davasının görüntülərini çəkib ictimailəşdirdilər və Ermənistandakı siyasi gərginliyi dünyaya göstərmiş oldular. 24-25 avqust sessiyalarında hökumətyönlü və müxalif millət vəkilləri arasında dava düşəndə təhlükəsizlik işçiləri jurnalistləri parlamentdən çıxarmağa, onların fəliyyətinin qarşısını almağa çalışmışdılar ki, prosesləri detallı şəkildə işıqlandıra bilməsinlər. Amma bəzi jurnalistlər fürsət taparaq, hadisələri canlı şəkildə qeydə almış, erməni siyasətçilərin mahiyyətini aça bilmişdilər. Bu anlaşmazlıqdan sonra Paşinyan hökuməti qərara gəlib ki, jurnalistlərin parlamentdə fəaliyyətini məhdudlaşdırsın, akkreditasiya şərtlərini sərtləşdirsin, yalnız sözəbaxan, senzuranı qəbul edən jurnalistləri parlamentə buraxsınlar. pizza sifarişi
Məsələ ondadır ki, Paşinyan komandasının media mühitini boğması, KİV-lərin fəaliyyətini məhdudlaşdırması yönündə düşünülmüş siyasət yürütməsini ehtiva edən fakt yalnız bundan ibarət deyil. Hələ 44 günlük müharibə vaxtı “Hərbi vəziyyət rejimi” adı altında media fəaliyyətinə qarşı çoxsaylı məhdudlaşdırmalar həyata keçirilmişdi və müharibə bitdikdən sonra bu məhdudiyyətlərin əksəriyyəti aradan qaldırılmamışdı. Həmin vaxt Ermənistan Jurnalistlər Birliyi etiraz aksiyası keçirmişdi. EJB sədri Satik Seyranyanın geniş bəyanatı və dünya media ictimaiyyətinə müraciəti yayılmışdı.
Daha sonra isə 2020-ci il noyabrın 11-də İrəvanda “Azadlıq” radiosunun ofisinə basqın edilərək dağıdılmışdı. Çünki onlar Paşinyanın imzaladığı sənədin kapitulyasiya aktı olduğunu yazmışdılar.
Bu cür misalların sayı onlarladır. Mahiyyəti budur ki, Paşinyan komandası dünyaya demokrat kimi sırınsa da, əslində söz-ifadə azadlığına qarşıdır və bu yöndə ciddi şəkildə fəaliyyət göstərirlər. Amma təəssüf ki, beynəlxalq təşkilatlar bu faktı etiraf etmək istəmir. Bu gün beynəlxalq media təşkilatlarının saytlaına baxmışam. Onların əksəriyyəti son problemi işıqlandırmayıblar.
Müşfiq Ələsgərli,
Jurnalistlərin Həmkarlar İttifaqının sədri
Telegram kanalımız