“Ermənistanda “kapitulyasiya” ifadəsi qadağan edilir”

saytların hazırlanması

Evə çatdırılma

“Ermənistanda “kapitulyasiya” ifadəsi qadağan edilir”

Dünya

26 Noyabr 2020 17:49 1336


Ermənistanda Paşinyan hakimiyyəti Qarabağ barədə danışarkən “kapitulyasiya” ifadəsinin işlədilməsini qadağan etmək istəyir.

Yenisabah.az erməni mediasına istinadən xəbər verir ki, parlamentin bu gün keçirilən fövqəladə iclasında hakim “Mənim Addımım” fraksiyasının deputatı Ovannes İgityan deyib ki, çıxışlar zamanı “kapitulyasiya” ifadəsi işlədilməməlidir. “Çünki düşmən bunu eşidə bilər. Bu, təslim olmaq deyil, razılaşmaqdır”, - deyə o bildirib.

Ermənistan mediası yazır ki, bu ifadə əslində Baş nazir Nikol Paşinyana məxsusdur.  O canlı yayımların birində bu ifadəni 10 dəfədən çox işlədib. pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!