Ermənistanda kilsədə partlayış: Keşiş yaralandı

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanda kilsədə partlayış: Keşiş yaralandı

Dünya

15 Fevral 2025 16:34 268


Ermənistanın Geqarkunik rayonunun Martuni şəhərində yerləşən Müqəddəs Məryəm ana kilsəsində, ziyarətçilərin qəbul edildiyi otaqda partlayış baş verib.

Bu barədə Oxu.Az Ermənistan KİV-ə istinadən xəbər verir.

Məlumata görə, partlayış dalğası tikilinin giriş qapısını dağıdıb və pəncərələri sındırıb. Hadisə zamanı kilsənin keşişi Akop Barseqyan xəsarət alıb. pizza hut

Partlayışın səbəbi hələ ki müəyyən edilməyib.

Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyirlər. Polisdən hələ ki hadisə ilə bağlı açıqlama verilməyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!