Ermənistanda son gündə koronavirusa 186 yeni yoluxma qeydə alınıb.
Yenisabah.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Ümumən Ermənistanda koronavirus virusuna yoluxmuş 225.987 nəfər qeydə alınıb. Hazırda 2.966 nəfər müalicə olunur, 217.381 nəfər sağalıb, son gündə 5 nəfər olmaqla, 4.536 xəstə ölüb. Dominos pizza
Koronavirusu olan daha 3 nəfər digər xəstəliklər ucbatından vəfat edib. Bu cür hadisələrin ümumi sayı 1.104-dür.
Beləliklə, ölümlərin ümumi sayı 5.640-a çatıb.
Telegram kanalımız