Ermənistanda koronavirus uşaqlar arasında da yayılır

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanda koronavirus uşaqlar arasında da yayılır

Dünya

27 İyun 2020 07:10 707


Ermənistanın "Mari İzmirlyan" uşaq evində 9 uşaq və 6 dayə koronavirusa yoluxublar.

Bu barədə "NEWS.am"a Ermənistanın Əmək və Sosial Məsələlər Nazirliyinin mətbuat katibi Sona Martirosyan bildirib.

"64 nəfər testdən keçirilib, onlardan 15-nin cavabları müsbət olub. Söhbət 9 uşaq və 6 dayədən gedir”, - deyə o bildirib. pizza hut

Nazirlik rəsmisi qeyd edib ki, onların səhhəti normaldır. “Uşaqlar uşaq evində, dayələr öz evlərində müalicə olunurlar", - Martirosyan əlavə edib.

Xatırladaq ki, Ermənistan hakimiyyəti ölkədə koronavirusla bağlı vəziyyətə görə antiepidemiya tədbirlərini daha da sərtləşdirmək niyyətindədir. Bu barədə ölkənin baş naziri Nikol Paşinyan bildirib. Paşinyanın sözlərinə görə, Ermənistan hər 1 milyon əhaliyə düşən COVID-19-a yoluxma hallarının sayına görə, dünyada liderdir.

Ermənistanda koronavirusun yayılmasına qarşı mübarizə üçün martın 16-dan iyulun 13-ə qədər fövqəladə vəziyyət elan edilib. Son məlumatlara görə, ölkədə təhlükəli virusa 23,2 min yoluxma aşkarlanıb, 12,4 min pasiyent sağalıb, 410 nəfər ölüb. /Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!