Ermənistanda koronavirusa yoluxanların sayı 347 nəfər artaraq 342.115 nəfərə çatıb. 324 224 nəfər sağalıb, 7767 nəfər ölüb.
Yenisabaha.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Hazırda xəstəxanalarda 8652 xəstə müalicə olunur. Ümumən 2 433 927 koronavirus testi aparılıb. pizza sifarişi
Ötən gün 6416 test aparılıb, 347 yeni yoluxma faktı təsdiqlənib, 20 nəfər ölüb.
Koronavirusu təsdiqlənmiş xəstələrdə başqa ölüm halları qeydə alınmayıb. Belə halların ümumi sayı 1464-dür.
Telegram kanalımız