Ermənistanda koronavirusa görə məktəb və universitetlər bağlandı

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanda koronavirusa görə məktəb və universitetlər bağlandı

Rəsmi

01 Mart 2020 21:36 1049


Ermənistanda koronavirusa ilk yoluxma faktı qeydə alınması səbəbindən məktəb və universitetlərdə dərs prosesi bir həftəlik dayandırılıb. "Yeni Sabah" "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, bunu ölkənin Baş Naziri Nikol Paşinyan açıqlayıb. Paşinyanın sözlərinə görə, bir həftəlik fasilə yaz tətilinin hesabına ediləcək. Təhsil, elm, mədəniyyət və idman naziri Araik Arutünyanın imzaladığı qərara əsasən, yaz tətili ayın sonundan martın 2-nə keçirilib. Qərar ali təhsil müəssisələri, məktəblər, kolleclər, peşə məktəbləri və uşaq bağçalarına şamil olunur. /Qafqazinfo
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!