Ermənistanda koronavirusa yoluxanların sayı kəskin artdı   - 18 nəfər öldü

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanda koronavirusa yoluxanların sayı kəskin artdı - 18 nəfər öldü

Rəsmi

31 Mart 2021 12:00 567


Ermənistanda son sutkada daha 1 148 nəfərdə COVID-19 aşkarlanıb.

Yenisabah.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 192 639-a çatıb. Sezar pizza

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 18 nəfər artaraq 3 515-ə yüksəlib.

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 892 nəfərdir. İndiyədək 173 064 pasiyent infeksiyadan sağalıb.

Hazırda ölkədə 15 168 aktiv koronavirus xəstəsi var.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!