Ermənistanda gündəlik 108 yeni koronavirusa yoluxma qeydə alınıb.
Yenisabah.az “Armenian News”a istinadla xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Ümumən virusa yoluxmuş 222.978 nəfər qeydə alınıb. Hazırda 3.631 nəfər müalicə olunur, 213.578 nəfər sağalıb, son gündə 2 nəfər olmaqla, 4.448 xəstə ölüb. pizza
Koronavirusu olan daha 3 nəfər digər xəstəliklərə görə vəfat edib. Bu cür hadisələrin ümumi sayı 1086-dır.
Beləliklə, COVID-19-dan ölümlərin ümumi sayı 5.534 nəfərə çatıb.
Telegram kanalımız