Ermənistanda koronavirusdan ölənlərin sayı kəskin artdı

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanda koronavirusdan ölənlərin sayı kəskin artdı

Rəsmi

16 Mart 2021 11:06 787


Ermənistanda son sutkada daha 585 nəfər COVID-19-a yoluxub.

Yenisabah.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 179 287-yə çatıb. Marqarita pizza

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 12 nəfər artaraq 3 277-yə yüksəlib.

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 839 nəfərdir. İndiyədək 166 702 pasiyent infeksiyadan sağalıb.

Hazırda ölkədə 8 469 aktiv koronavirus xəstəsi var.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!