Ermənistanda kütləvi itaətsizlik başladı - Video

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanda kütləvi itaətsizlik başladı - Video

Dünya

09 Dekabr 2020 15:31 1260


Ermənistanda kütləvi itaətsizlik aksiyası davam edir.Yenisabah.az xəbər verir ki, ölkənin əksər vilayətlərində davam edən aksiyalar nəqliyyatın hərəkətinin iflic edilməsi, inzibati binaların blokadaya alınması və digər bu kimi addımlarla müşayiət olunur.

Məsələn, bu gün bir qrup şəxs Şirak vilayətinin Bavra kəndindən keçən dövlətlərarası magistral yolun hərəkətini dayandırıb. Onlar Ermənistan Baş naziri Nikol Paşinyanın istefasını tələb edir.

Kütləvi itaətsizlik aksiyası dünəndən başlayıb. Ermənistan parlamentinin bu gün keçirilən iclasında növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı müzakirələr aparılıb. Artıq hakimiyyətin də seçkilərə getmək barədə düşündüyü barədə məlumatlar. Bu halda kütləvi itaətsizlik aksiyasının davam etməsi növbədənkənar parlament seçkilərinin də siyasi böhrandan çıxış yolu olmadığını göstərir. pizza hut

Ermənistan müxalifətinin bir hissəsi də çıxış yolunu yalnız Paşinyanın istefasında görür. Baş nazir isə istefa vermək niyyətində görünmür. Artıq Ermənistan ictimaiyyətinin tanınmış nümayəndələri vətəndaş müharibəsinin başlaya biləcəyi barədə həyəcan təbili çalırlar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!