Ermənistanda müəmmalı ölüm hadisələri baş verdi

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanda müəmmalı ölüm hadisələri baş verdi

Dünya

13 Fevral 2021 08:28 848


Ermənistanda müəmmalı intihar hadisələri qeydə alınıb.

Yenisabah.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, hər iki hadisə Sünik əyalətində olub. Belə ki, adı açıqlanmayan, 1991-ci il təvəllüdlü gəncin meyiti tapılıb. Müayinə zamanı onun başında odlu silahdan açılmış güllə yarası müəyyənləşdirilib.

Digər hadisə də 30 yaşlı kişinin ölümü ilə bağlıdır. Qeyd edilir ki, o, AK markalı avtomatından açılan atəşlə ölüb. Mətbuat bunun intihar hadisəsi olduğunu bildirsə də, ölüm faktı ilə bağlı digər versiyaları da istisna etməyib. Sezar pizza

Daha bir müəmmalı ölüm hadisəsi Yerevanda baş verib. Belə ki, 20 yaşlı qız 11-ci mərtəbədən yıxılıb. Hüquq-mühafizə orqanları bunun ehtiyatsızlıqdan baş verdiyini bildirsələr də, KİV hadisənin intihar olduğunu vurğulayır. (Report)

Hər üç hadisə ilə bağlı məhkəmə-tibb ekspertizası təyin edilib. Təhqiqat aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!