Ermənistanda müharibəni dayandırmaq haqda ilk dəfə nə zaman danışılıb?   - Sirrlər üzə çıxır

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanda müharibəni dayandırmaq haqda ilk dəfə nə zaman danışılıb? - Sirrlər üzə çıxır

Rəsmi

13 Mart 2021 22:03 1875


Müharibənin başlamasından dörd gün sonra heç kim Ermənistan hökumətinə müharibəni dayandırmaq təklifi verməyib.

Yenisabah.az xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

O, bununla da guya Baş qərargahın keçmiş rəisi Onik Qasparyanın müharibə başlayandan dörd gün sonra onu dayandırmağı təklif etdiyinə dair açıqlamasını təkzib edib. pizza

Armen Qriqoryan bildirib ki, müharibənin dördüncü günündə Təhlükəsizlik Şurasının iclasında heç kim müharibəni dayandırmağı təklif etməyib:

“Baş qərargah rəisi iclasda hərbi vəziyyətlə bağlı təkliflərini təqdim edib. Eyni zamanda cəbhə bölgəsində hərbi vəziyyətin dəyişmədiyini və ordunun ona verilən tapşırıqları yerinə yetirməkdə davam edəcəyini söyləyib. Bir daha vurğulayıram ki, bu iclasda heç kim müharibəni dayandırmaq təklifi ilə çıxış etmədi. Əksinə, bu barədə ilk dəfə oktyabrın 19-da keçirilən Təhlükəsizlik Şursının iclasında danışıldı. Deyildi ki, erməni tərəfinin hələ 2-3 günü var. Bundan sonra müharibə 20 gün davam etdi”. /Teleqraf


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!