Yerevanda polis Müstəqillik günü ilə bağlı sentyabrın 21-nə planlaşdırılan təntənəli konsertin keçirilməsinə etiraz edənləri saxlamağa başlayıb.
Nümayişçilər ötən ilki müharibədə verilən itkilərə görə bayram tədbirlərinin yersiz olduğunu hesab edirlər.
İnformasiya agentlikləri aksiya iştirakçıları ilə polis arasında qarşıdurmanın yaşandığını bildirirlər. Sezar pizza
Etirazçıların Yerevan mərkəzindəki hökumət binasına yaxınlaşmaq cəhdinin qarşısı alınıb. Məlumata əsasən, Nazirlər Kabinetinin yerləşdiyi Respublika Meydanına aparan küçələr nəzarət altına alınıb.
Bundan əvvəl Baş nazir Nikol Paşinyan "ölkədə bayram əhval-ruhiyyəsi olmasa da" müstəqilliyin 30-cu ildönümü münasibəti ilə bayram tədbirlərinin keçiriləcəyini bəyan edib.
Telegram kanalımız