Ermənistan Milli Məclisinin deputatı, müxalif “Şərəfim var” fraksiyasının rəhbəri, Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru, “Vətən” partiyasının lideri Artur Vanetsyan istefa verdiyini açıqlayıb.
Yenisabah.az “Hraparak”a istinadla xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında bildirib:
“Bu gün qanunvericiliyə uyğun olaraq deputat mandatımdan imtina məqsədilə ərizə verdim. Mənim bu qərarım çoxlarınız üçün sürpriz deyil. Mən bir neçə dəfə açıq şəkildə demişəm ki, daha özümü bu parlamentdə görmürəm! Səbəb bəllidir: Ermənistan Respublikasının vətəndaşı bizə səs vermişdi ki, bu hakimiyyətin dağıdıcı fəaliyyətini dayandıraq, ölkəni fəlakətdən çıxaraq. Lakin məncə, bu parlament məqsədə çatmaq üçün effektiv platforma olmaqdan çıxıb. pizza
O cümlədən “Şərəfim var” bloku da fəaliyyətini dayandırır. Bu blok çərçivəsində tərəfdaşlarımızla nisbətən qısa, lakin dolğun yol keçmişik və əminəm ki, biz yenə də ölkənin xilası, gələcəkdə dövlətçiliyimizin dirçəlişi və möhkəmlənməsi üçün çabalayacağıq.
“Şərəfim var” və “Ermənistan” fraksiyalarının tərəfdaşlarımızla birlikdə getdiyi yola və birgə işə görə təşəkkür edirəm”, - deyə o, məktubunda bildirib.
Telegram kanalımız