Ermənistanda növbədənkənar parlament seçkiləri və referendum keçirilə bilər

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanda növbədənkənar parlament seçkiləri və referendum keçirilə bilər

Rəsmi

01 Mart 2021 21:43 978


Axşam saatlarında Yerevanda keçirilən mitinqdə öz tərəfdarları qarşısında çıxış edən Baş nazir Nikol Paşinyan bir sıra maraqlı bəyanatlar verib.

Yenisabah.az xəbər verir ki, o, Ermənistanda yarıprezident üsul idarəsinə keçidin mümkünlüyü barədə danışıb.

Bu məqsədlə Baş nazir ölkədə referendumun keçirilməsini də istisna etməyib. pizza hut

Həmçinin N.Paşinyan növbədənkənar parlament seçkiləri ehtimalına da toxunaraq, prosesə hazır olduğunu bildirib.

Xatırladaq ki, bu axşam Yerevanın mərkəzində Baş nazir tərəfdarlarının mitinqi baş tutub. Mitinq N.Paşinyanın başçılığı altında küçə yürüşü ilə yekunlaşıb.  /Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!