Ermənistanda orduya toplanan vəsait oğurlanıb

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanda orduya toplanan vəsait oğurlanıb

Dünya

06 Oktyabr 2020 14:01 1609


Ermənistan müdafiə naziriliyinin hesabına toplanan ianə vəsaiti oğurlanır.

Yenisabah.az xəbər verir ki, bu barədə Ermənistanın müdafiə naziriliyinin mətbuat katibi Şuşan Stepanyan “Facebook” səhifəsində xəbərdarlıq açıqlaması yayıb.

O bildirib ki, son günlər müxtəlif ticarət təşkilatları və ayrı-ayrı fərdlər müdafiə nazirliyinin ehtiyacları üçün maliyyə vəsaiti toplamağa təşəbbüs göstərir. Şuşan Stepanyanın sözlərinə görə, nazirlik heç bir təşkilata və ya şəxsə bununla məşğul olmaq üçün tapşırıq verməyib. pizza hut

Maliyyə vəsaitlərini “Hayastan” ümumerməni fondu və “Hərbçilərin sığorta fondu” toplayır.

Qeyd edək ki, “Hayastan” fondunun adı dələduzluqda tez-tez hallanır. 2019-cu ilin sonunda Ermənistanın Auditorlar Palatası “Hayastan” Ümumerməni Fondunun fəaliyyətində 190 min dollar (89 mln. 942 min dram) məbləğində dələduzluq edildiyini aşkarlamışdı.

Xatırladaq ki, 2018-ci ilin iyununda “Hayastan” Ümumerməni Fondunun direktoru Ara Vardanyan ictimai təşkilatda səlahiyyət həddini aşaraq külli miqdarda maliyyə vəsaitini mənimsəməkdə şübhəli bilinərək həbs edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!