Ermənistanda parlament uğrunda 23 partiya, 4 blok mübarizə aparır   - Siyahı 

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanda parlament uğrunda 23 partiya, 4 blok mübarizə aparır - Siyahı 

Rəsmi

07 İyun 2021 10:13 947


Ermənistanda 20 iyunda keçiriləcək erkən parlament seçkilərinin təşviqat kampaniyası rəsmən başlayıb.

Kampaniya iyunun 18-dək davam edəcək, bundan sonra "sükut günü" olacaq. Səsvermə iyunun 20-də keçiriləcək.

Yenisabah.az Ermənistan mediasına istinadən xəbər verir ki, seçkilərdə iştirak etmək üçün rekord sayda 26 siyasi qüvvə (23 partiya və 4 blok)  qeydiyyatdan keçib. Pepperoni pizza

Ermənistanda ümumi seçicilərin sayı 2 milyon 581 min 93 nəfərdir.

Seçkilərə qatılan siyasi qüvvələrin siyahısı bülletenlərdəki nömrəyə görə aşağıdakı kimidir:

1. "Ədalətli Ermənistan" Partiyası

2. Erməni Milli Konqresi

3. "Vətəndaş müqaviləsi" Partiyası

4. "Zartonk" Milli Xristian Partiyası ("Oyanış")

5. "Azadlıq" Partiyası

6. "Mənim şərəfim var" bloku

7. "Birləşmiş Vətən" Partiyası

8. "Ümumerməni Milli Dövlətçiliyi" Partiyası

9. "Maariflənmiş Ermənistan" Partiyası

10. "Bizim evimiz Ermənistandır" Partiyası

11. Respublika Partiyası

12. "Erməni Vətəni" Partiyası

13. "Azad Vətən" bloku

14. "Çiçəklənən Ermənistan" Partiyası

15. Ermənistan Demokratik Partiyası

16. "Milli Mühafizəkar Hərəkat 5165" Partiyası

17. "Vətəndaş seçimi" Sosial-Demokrat Partiyası

18. “Şirinyan-Babajanyan Demokratlar İttifaqı” bloku

19. "Milli Gündəm" Partiyası

20. “Oyanış” Partiyası

21. Liberal Partiya

22. "Erməni Qartalları - Birləşmiş Ermənistan" Partiyası

23. Ermənistanın Avropa Partiyası

24. "Hayastan" ("Ermənistan") bloku

25. "Milli Demokrat Qütbü" Partiyası

26. "Suveren Ermənistan" Partiyası

Ekspertlər “Vətəndaş müqaviləsi” Partiyası (lideri - Nikol Paşinyan), “Hayastan” bloku (Robert Köçəryan), "Mənim şərəfim var" bloku (Serj Sarkisyanın dəstəyi ilə Artur Vanetsyan), “Çiçəklənən Ermənistan” Partiyasının (Gagik Tsarukyan) seçkilərdəki imkanlarını daha geniş qiymətləndirirlər.

Həmçinin, "Maariflənmiş Ermənistan" (Edmon Marukyan) və "Erməni Milli Konqresi"nin (Levon Ter-Petrosyan) də parlamentdə yer ala biləcəyi qeyd edilir. (modern.az)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!