Ermənistanda partiya liderinin oğlu beynəlxalq axtarışa verildi

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanda partiya liderinin oğlu beynəlxalq axtarışa verildi

Dünya

24 Yanvar 2025 21:59 173


"Çiçəklənən Ermənistan" partiyasının lideri, iş adamı Qaqik Tsarukyanın oğlu Nver Tsarukyan 2024-cü ilin oktyabrında kurort şəhəri Tsaxkadzorda kazinolardan birində baş vermiş mübahisədən sonra beynəlxalq axtarışa verilib.

Oxu.Az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə cinayət işi materiallarını məhkəməyə göndərən Baş Prokurorluq məlumat yayıb.

Oktyabrda Nver Tsarukyan, onun mühafizəçiləri və müəssisənin işçiləri arasında münaqişə baş verib, atəş səsləri eşidilib, daha sonra iş adamı və "Çiçəklənən Ermənistan"ın liderinin oğlu gizlənib. Dominos pizza

"Xuliqanlıq" və "bir qrup şəxs tərəfindən soyğunçuluq" maddələri ilə cinayət işi açılıb. Nver Tsarukyan qiyabi həbs edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!