Ermənistanda Paşinyan əleyhinə koalisiya genişlənir

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanda Paşinyan əleyhinə koalisiya genişlənir

Rəsmi

03 Fevral 2021 11:54 628


Ermənistanın ikinci və üçüncü prezidentləri Robert Köçəryan və Serj Sarkisyan çərşənbə axşamı Vətəni Qurtarma Hərəkatının müxalif liderləri ilə görüşüb.

Yenisabah.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, görüş müxalifətdən baş nazirliyə yeganə namizəd olan Vazgen Manukyanın ofisində baş tutub.

Məlumata görə, iclasda Manukyandan başqa Vətən partiyasının sədri Artur Vanetsyan, “Çiçəklənən Ermənistan”ın lideri Gagik Tsarukyan və ARF Daşnaktsutyunun nümayəndəsi İşxan Saghatelyan da iştirak edib. pizza mizza

Manukyanın “Sputnik Armenia” müxbirinə verdiyi müsahibədə danışıqlar barədə məlumatı nə təsdiq, nə də təkzib edib. Bu cür görüşlərin vaxtaşırı keçirildiyini və indi hər hansı bir məlumat vermək istəmədiyini qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!