Bu gün Ermənistanda müxalif ARF Daşnaksütyün partiyasının gənclər təşkilatı Baş nazir Nikol Paşinyanın istefası tələbilə aksiya keçirəcək.
Yenisabah.az erməni mediasına istinadən xəbər verir ki, aksiya dinc xarakter daşıyacaq. Təşkilatçılar aksiyanı “Ləyaqət gəzintisi” adlandırır. Aksiya saat 18.30-da başlayacaq. Təşkilatçılar hər kəsi aksiyaya qoşulmağa dəvət edib. “Mübarizəyə qoşulun!”, - deyə onlar əhaliyə çüğırış edib.
Telegram kanalımız