Ermənistanda Paşinyanı təhqirə görə vətəndaş 1000 dollar cərimələndi

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanda Paşinyanı təhqirə görə vətəndaş 1000 dollar cərimələndi

Rəsmi

03 Fevral 2022 18:11 687


Ermənistanda baş nazir Nikol Paşinyan və Yüksək Texnologiyalar Sənayesi naziri Vaaqn Xaçaturyanı təhqir edən şəxs 500 min dram (1000 ABŞ dolları) cərimələnib.

Yenisabah.az "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, həmin şəxs 2021-ci ilin 20 sentyabrında polisə zəng edərək İrəvanda ictimai nəqliyyatın fəaliyyətindən narazılığını ifadə edib və bu zaman Nikol Paşinyan və Vaaqn Xaçaturyanın ünvanına seksual xarakterli təhqirlər səsləndirib. Bundan sonra barəsində araşdırma başladılan şəxs məhkənin qərarı ilə cərimələnib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!