Ermənistanda pasportlara daha Ağrıdağın təsviri olan möhür vurulmur

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanda pasportlara daha Ağrıdağın təsviri olan möhür vurulmur

Dünya

01 Noyabr 2025 19:58 301


Noyabrın 1-dən Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhədçiləri pasportlara Ağrıdağ dağ silsiləsinin təsviri olmayan çıxış və giriş möhürləri vurmağa başlayıb.

"Report"un məlumatına görə, bununla bağlı Ermənistan mətbuatında video və fotolar dərc olunub.

Möhürlərin üzərində təyyarə təsviri və ingilis dilində "Zvartnots" yazısı, İrəvan Beynəlxalq Hava Limanının adı, eləcə də həm erməni, həm də ingilis dilində "Armenia" yazılıb. Dördpendirli pizza

Xatırladaq ki, müvafiq qərar Ermənistan Nazirlər Kabinetinin sentyabrın 11-də keçirilən iclasında qəbul edilib. Ağrıdağ dağı Türkiyənin şərqində, Van gölünün şimalında yerləşir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!