Ermənistanda peyda olan “azərbaycanlı” qorxu yaratdı, polislər gəldi

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanda peyda olan “azərbaycanlı” qorxu yaratdı, polislər gəldi

Hadisə

17 Avqust 2023 22:35 6314


Ermənistanın Tavuş vilayətinin İcevan rayonunda avtobusda türkcə danışan şəxs saxlanılıb.

Yenisabah.az Globalinfo-ya istinadən xəbər verir ki, avtobusda erməni sərnişinlər bir nəfərin türkcə danışdığını, telefonuna türk nömrələrindən zənglər gəldiyini görüblər.

Onlar avtobusu saxlatdıraraq polis çağırıblar. Əraziyə gələn polislər türkcə danışdığı iddia edilən şəxsi bölməyə aparıblar. Sezar pizza

Yerli sakinlər bildirirlər ki, əvvəlcə onun azərbaycanlı olduğundan şübhələnsələr də, sonradan Türkiyə türkü olduğu deyilib.

Polis bölməsinə aparılan şəxslə bağlı əlavə məlumat yoxdur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!