Ermənistanda PUA-ları tədqiq edən laboratoriyalar yaradılır

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanda PUA-ları tədqiq edən laboratoriyalar yaradılır

Rəsmi

20 May 2021 11:06 1250


44 günlük Vətən Müharibəsində Azərbaycan Ordusunun qələbəsini təmin edən əsas faktorlar arasında olan Türk dronları düşməni qorxuya salıb. Nəticədə Ermənistanda pilotsuz uçuş aparatlarının öyrənilməsi üçün artıq laboratoriyalar yaradılmağa başlayıb. İyun ayının əvvəlində ilk məktəb laboratoriyası açılacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə Ermənistanın Yüksək Texnoloji Müəssisələr Birliyinin (UATE) icraçı direktoru Raffi Kasardjyan açıqlama verib. İlk laboratoriyanın Dilicandakı Monte Melkonyan Hərbi Məktəbində açılacağı bildirilib. Burada kursantlarla yanaşı 15-18 yaşlı məktəblilər də təhsil alacaq.

Raffi Kasardjyan növbəti üç ayda daha 7-8 bu tip laboratoriyanın açılacağını vurğulayıb: pizza

“Əlbəttə, burada daha dərin bilik tələb olunur. Aerodinamikanı, mühərrikin işini, idarəetmə sistemini və avtomobilin istiqamətini öyrənmək lazımdır. Cihazın çəkisini motor və batareyanı da nəzərə alaraq hesablamaq lazımdır. Uçuşun sürəti və məsafəsi bundan asılı olacaq. Bu səbəbdən buraya orta yox, yuxarı sinif şagirdləri gələcək. Burada uşaqlara gələcək cihazların layihələrini müstəqil şəkildə tərtib etmək və sonra onları öz-özünə yığmaq öyrədiləcəkdir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!