Ermənistanda Putin təhqir edildi - Rusiyadan reaksiya

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanda Putin təhqir edildi - Rusiyadan reaksiya

Dünya

20 May 2025 21:47 478


Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova İrəvanda Rusiya prezidenti əleyhinə təhqiramiz plakatlarla bağlı insidentləri şərh edib.

Yenisabah.az xəbər verir ki, Rusiya XİN nümayəndəsi bu cür təxribatların kökündə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən ayrılmış maliyyə vəsaitlərinin dayandığını bildirib.

“İrəvandakı ABŞ səfirliyində kimsə hələ də köhnə sxemlərlə yaşayır. Görünür, USAID-dən ayrılmış pullar hələ də qalıb və bu cür layihələrə yönəldilib”, – deyə Zaxarova vurğulayıb. Toyuqlu pizza

Onun sözlərinə görə, dünyanın bir çox ölkəsində USAID-in vəsaiti ilə “heç bir yaxşı iş görülməyib” və bu təşkilat daim sabitliyi pozmağa yönəlmiş sınaqdan keçmiş sxemlər üzrə fəaliyyət göstərir./Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!