Koronavirusun yayılması və İranla quru sərhədin bağlanması səbəbindən Ermənistanda qaçaqmalçılıq cəhdlərinin sayı artıb.
Yenisabah.az xəbər verir ki, bunu Ermənistanın Gəlirləri Komitəsinin qaçaqmalçılıqla mübarizə şöbəsinin müdiri, polkovnik Vardan Vardanyan mətbuat konfransında deyib. O, cəmi 6,1 kq qaçaq metamfetamin, 5,2 kq tiryək, 3,1 kq marixuana, 2,9 kq ketamin, 1,6 kq eroin, 1300 LSD, təxminən 600 MDMA tabletka, 83 elektron siqaretin ələ kieçirildiyini vurğulayıb. Qeyd edib ki, bunlar İrandan Ermənistan vasitəsilə üçüncü ölkəyə daşınması üçün nəzərdə tutulub.
Bildirək ki, Ermənistanda 2020-ci ildə 426 qaçaqmalçılıq hadisəsinin baş verdiyi açıqlanıb. Bu da 2018-ci illə müqayisədə 2,4 dəfə dəfə çoxdur. Ümumiyyətlə bu göstəricinin son on ilin ən yüksək göstərici olduğu qeyd edilib. pizza
Telegram kanalımız