“Ermənistanda Qarabağ ermənilərinə nifrət edirlər“ - Ruben Melikyan

saytların hazırlanması

Evə çatdırılma

“Ermənistanda Qarabağ ermənilərinə nifrət edirlər“ - Ruben Melikyan

Rəsmi

23 Mart 2021 14:06 1191


Ermənistanda Azərbaycanla müharibədə məğlubiyyətdən sonra bu ölkə vətəndaşlarının Qarabağla bağlı hər şeyə qarşı narazılığı gündən-günə artır. Ermənistanda deyirlər ki, İrəvanın Qarabağ siyasəti səbəbindən altı mindən çox gənc erməni həlak olub. 

Yenisabah.az xəbər verir ki, bu barədə FB-dəki səhifəsində Qarabağdakı keçmiş insan hüquqları müdafiəçisi Ruben Melikyan məlumat verib.

Onun sözlərinə görə, Qarabağ ermənilərinə nifrət özünəməxsus "irqçilik"ə çevrilib. Marqarita pizza

"İrəvan küçələrində ayrı-ayrı insanlar Qarabağ ermənilərinə qarşı nifrət təzahürünə imkan verirlər" - deyə, Melikyan bildirib. 

O, iki erməni qadının taksi xidmətindən istifadə etməsi halını təqdim edib. Qadınlardan biri Qarabağ dialektində danışdıqdan sonra taksi sürücüsü maşını dayandırdı və kobud şəkildə onları avtomobildən endirdi. (Azpolitika.info)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!