Ermənistanda qubernator istefa verdi

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanda qubernator istefa verdi

Dünya

09 Dekabr 2020 11:20 722


Ermənistanın Ararat vilayətinin qubernatoru Qarik Sarkisyan istefa verib. Yenisabah.az xəbər verir ki, bu barədə “Yerevan Today” məlumat yayıb.

“Mənbəmizin dediyinə görə, Qariks Saskisyanın istefası Nikol Paşinyanın kosmektik kadr dəyişiklilərinin davamıdır. O İrəvana, daha doğrusu, Ərazi İdarəetmə və İnfrastuktur Nazirliyinə vəzifəyə gedir”, - məlumatda bildirilir.

Qeyd edilir ki, Sarkisyanı hakim “Mənim Addımım” parlament fraksiyasının təmsilçisi Sedrak Tevonyanın atası, 90-cı illərdə araq zavodunun sahibi olan Razmik Tevoyan əvəzləyəcək. Dördpendirli pizza

Nazirlər Kabineti məlumatı nə təkzib, nə də təsdiq edib.

Ramzik Tevoyan isə məlumatı təsdiqləyib. Lakin bu barədə geniş danışmayıb.

Erməni mediası yazır ki, Paşinyan hakimiyyətinin nüfuzunu itirməsi yeni təyinatlarda problem yaradır. Vəzifə təklifi alan kadrların bəziləri tənqidlərə tuş gəlməmək üçün bundan imtina edirlər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!