Ermənistanda 4 müxalifət üzvü polis tərəfindən saxlanılıb.
Yenisabah.az “Hraparak”a istinadla xəbər verir ki, müxalif “Daşnaksutyun” partiyasının üzvləri İrəvanın Komitas prospektində aksiya keçirməyə cəhd göstəriblər:
“Aksiyadan sonra etirazçılar Gülbenkyan küçəsi 38 ünvanında yerləşən “Daşnaksutyun”un Aram Manukyan Mərkəzinə qayıdanda polis binanı mühasirəyə alıb və gənclərdən bəzilərini saxlayıb. Saxlanılanlar arasında “Daşnaksutyun” Gənclər Birliyinin Mərkəzi İdarə Heyətinin üzvü Sevak Nazaryan, eləcə də deputat Qeqam Manukyanın oğlu Taron Manukyan da var. Sezar pizza
Vəkil Benik Qalstyanın sözlərinə görə, saatlar əvvəl həbs olunan 4 gənc hələ də polis nəzarətindədir.
Telegram kanalımız