Ermənistanda Rusiya qoşunlarının Zəngəzurda yerləşdirilməsi təklif olundu

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanda Rusiya qoşunlarının Zəngəzurda yerləşdirilməsi təklif olundu

Rəsmi

23 May 2021 17:56 1409


Müxalif “Maariflənmiş Ermənistan” partiyasından olan millət vəkili Gevorq Qorqisyan Rusiya qoşunlarının Sünik (Zəngəzur) vilayətində yerşləşdirilməsini təklif edib.

Yenisabah.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

O, partiyanın qurultayında bəyan edib ki, Ermənistan Rusiya ilə hərbi əməkdaşlığını genişləndirməli, həmçinin Azərbaycan-Türkiyə təcavüzünə qarşı dayanmaq üçün Sünikdə Rusiya hərbi kontingenti yerləşdirilməlidir. Pepperoni pizza

Partiyanın proqramını təqdim edən Qorqisyan bildirib ki, Ermənistan öz hərbi qüvvələrini bərpa etməli, ordunu yenidən qurmalı, yeni hərbi doktrina qəbul etməli, sərhədlərinin mühafizəsini isə peşəkarlara tapşırmalıdır./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!