Ermənistanda Rusiya telekanallarının açıq yayımı saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanda Rusiya telekanallarının açıq yayımı saxlanıldı

Dünya

06 Yanvar 2021 14:36 807


Ermənistanda qanunvericiliyə edilən son dəyişiklikdən sonra ölkə ərazisində Rusiyanın bir neçə telekanalının açıq yayımı saxlanılıb.

Yenisabah.az xəbər verir ki, Rusiyanın “RTR-Planeta” telekanalı bütün ölkə boyu, “Rossiya-Kultura” və “Birinci kanal” isə paytaxt İrəvanda açıq yayım hüququnu qoruyub saxlayıb. (APA)

Qeyd edək ki, 2020-ci ilin dekabr ayının sonunda Rusiyanın Rəqəmli İnkişaf, Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyi kütləvi kommunikasiyalar sahəsində Ermənistanla əməkdaşlıq haqda hökumətlərarası razılaşmanın imzalandığını açıqlayıb. pizza sifarişi

Xatırladaq ki, ötən ilin avqustunda Ermənistan prezidenti Armen Sarkisyan “Audiovizual media” haqqında qanunu imzalayıb. Qanun xarici dildə fəaliyyət göstərən telekanalların, o cümlədən Rusiya telekanalların ölkə ərazisində açıq yayımını qadağan edirdi. Dəyişikliyə əsasən, bundan sonra Ermənistanda xarici TV-lər pullu paketdə yayımlanacaq. Dəyişiklikdən əvvəl də Ermənistanda Rusiyanın “Birinci kanalı”, “RTR-Planeta”, “Rossiya-Kultura”, eyni zamanda, dövlətlərarası “Mir” telekanalı açıq yayımlanıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!