Ermənistanda sabiq nazir saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanda sabiq nazir saxlanıldı

Rəsmi

06 May 2022 14:47 273


Ermənistanda etiraz aksiyası zamanı ölkənin keçmiş polis rəisi, sabiq daxili işlər naziri Valeri Osipyan saxlanılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Qeyd edək ki, 2018-ci ildə indiki baş nazir Nikol Paşinyanın tərəfdarları etiraz aksiyası keçirən ərəfədə Valeri Osipyan müxalifətlə iqtidar arasında danışıqların başlıca vasitəçilərindən sayılırdı. 2019-cu il sentyabrın 18-də Osipyan tutduğu vəzifədən azad edilib. Həmin gün o, baş nazirin baş müşaviri təyin edilsə də, tezliklə bu vəzifəni də tərk edib. Pepperoni pizza

Xatırladaq ki, müxalifət aprelin 25-dən Ermənistanda etiraz aksiyaları keçirir. Narazılığa səbəb Baş nazir Paşinyanın bəyanatları olub. Belə ki, müxalifət qüvvələri hökumət başçısını “Qarabağı təslim etmək” niyyətində ittiham edib və onu istefaya çağırıb.Modern.az 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!