Ermənistan Müdafiə Nazirliyinin keçmiş binasının sakinləri Dövlət Gəlirləri Komitəsinə qarşısına toplaşıb. Bina sakinləri komitədən onların sualına düzgün cavab verilməsini, əks halda isə DGK sədri Rüstəm Badasyanın istefasını tələb edəcəklərini bildiriblər.
Yenisabah.az “Sputnik Armenia” istinadla xəbər verir ki, toplananlar bir neçə gün əvvəl DGK-ya sorğu göndərərək keçmiş Müdafiə Nazirliyinin binasının seysmik vəziyyəti ilə bağlı texniki araşdırmaların nəticələrini onlara təqdim etməyi tələb ediblər.
Müdafiə Nazirliyinin keçmiş binasının sakinləri əmindirlər ki, bina qəzalı vəziyyətdə deyil. Sadəcə bina başqa məqsədlər üçün istifadə edilməli olduğu üçün təxliyyə olunublar. Marqarita pizza
Xatırladaq ki, 2022-ci ilin mayında Ermənistan hökuməti Müdafiə Nazirliyinin keçmiş binasını Ermənistan Dövlət Gəlirləri Komitəsinin balansına verib. 2022-ci ilin sentyabr ayından etibarən, binada bəzi ailələr peyda olmağa başlayıb.
Fevralın 16-da səhər tezdən Ermənistan polisinin onlarla əməkdaşı Müdafiə Nazirliyinin keçmiş binasında məskunlaşan sakinləri ərazidən çıxarmağa başlayıb.
Sakinlərlə asayiş keşikçilərinin hərəkətindən hiddətlənərək, onlara heç kimin əvvəlcədən xəbərdarlıq etmədiyini iddia ediblər. 20-dən çox şəxs inzibati qaydada həbs edilib.
Telegram kanalımız