Ermənistanda seçicilərə pul paylayan şəxs həbs edildi

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanda seçicilərə pul paylayan şəxs həbs edildi

Rəsmi

20 İyun 2021 19:37 1076


Ermənistanda seçicilərə pul paylayanlar saxlanılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə “News.am” məlumat yayıb.

Məlumata görə, Masis rayonunun Polis Bölməsinə Noramarq kəndinin iki sakininin parlamentə növbədənkənar seçkilərdə sakinlərlə seçki bloklarından birinə dəstəyi müqabilində ilkin razılığa gəlməsi, bunun müqabilində onlara pul paylanılması barədə operativ məlumatlar daxil olub. Dördpendirli pizza

Polisin apardığı operativ-axtarış tədbirləri nəticəsində həmin şəxslərin Noramarq kəndinin əhalisi arasında seçkidə dəstəyin müqablində 15 000-20 000 dram paylamaları müəyyənləşdirilib.

Fakt üzrə qaldırılmış cinayət işi çərçivəsində həmin şəxslər saxlanılıb. Qeyd edilir ki, onlardan biri barəsində həbs qəti imkan tədbiri seçilib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!